8 fevral 2025. Şənbə

Simeonenin hücumçu oğlu yenidən "Alaves"də


  • Transfer
  • 23:59 22.07.2024
  • Oxunma sayı: 121
Simeonenin hücumçu oğlu yenidən "Alaves"də

"Atletiko Madrid"in hücumçusu Covanni Simeone yenidən icarə əsasında "Alaves"də çıxış edəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Mateo Moretto "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O artıq "döşəkçilər" komandasının baş məşqçisi Dieqo Simeonenin oğlunun transferi razılaşdırdığını qeyd edib.

Futbolçu əvvəldə bu klubda çıxış etmişdi, lakin topuğunun qırılması səbəbindən mövsümün yarısını buraxmışdı.

Simeone 2022-ci ildən "Atletiko Madrid"də çıxış edir. Hücumçu ötən mövsümü "Alaves"də keçirib. O, bütün turnirlərdə 16 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 3 milyon avrodur.







Transfer

 Musiala üçün rəsmi danışıq
  • Transfer
  • 18:46 08.02.2025
Musiala üçün rəsmi danışıq
Ramosun yeni klubu bilindi
  • Transfer
  • 11:40 07.02.2025
Ramosun yeni klubu bilindi