23 oktyabr 2024. Çərşənbə

"Çelsi" İspaniyada özünə yeni qapıçı tapıb


  • Transfer
  • 11:13 23.07.2024
  • Oxunma sayı: 82
"Çelsi" İspaniyada özünə yeni qapıçı tapıb

Hüquqları İspaniyanın “Vilyarreal”ına məxsus olan danimarkalı qapıçı Filip Yorgensen İngiltərə çempionatında çıxış edə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O  22 yaşlı qolkiperin "Çelsi"nin maraq dairəsinə düşdüyünü və londonluların artıq danışıqlara başladığını qeyd edib.

 Qeyd edək ki, Yorgensen 2017-ci ildən “Vilyarreal” sistemində çıxış edir. Ümumilikdə, qapıçı "sarı sualtı qayıq" üçün 44 oyun keçirdi və 75 qol buraxdı. Yeddi matçda qapısını toxunulmaz saxladı. Onun transfer qiyməti 20 milyon avro qiymətləndirilir.







Transfer