23 oktyabr 2024. Çərşənbə

Vinisius üçün fantastik təklif


  • Transfer
  • 12:36 23.07.2024
  • Oxunma sayı: 77
Vinisius üçün fantastik təklif

“Real Madrid”in hücumçusu Vinisius Junior karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

90deqiqe.Az-ın "Defensa Central"a istinadən məlumatına görə, mankunian klubunun rəhbərliyi ulduz futbolçunun transfer etmək fikrinə ciddi düşüb.

"Mançester Yunayted" Vinisiusa 200 milyon avro dəyərində 5 illik müqavilə təklif edib.

Bundan əvvəl ingilislərin Vinisiusun transferi üçün 180 milyon ödəməyə hazır olduğu bildirilirdi. Daha 50 milyon bonus kimi girov qoyula bilər.

Braziliyalı forvard 2018-ci ildən kral klubunda çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2026/2027 mövsümünün sonunda başa çatır.







Transfer