22 dekabr 2025. Bazar ertəsi

Kyeza pulsuz "İnter"ə keçə bilər


  • Transfer
  • 12:50 23.07.2024
  • Oxunma sayı: 161
Kyeza pulsuz "İnter"ə keçə bilər

"Yuventus"un yarımmüdafiəçisi Federiko Kyeza karyerasını başqa bir İtaliya nəhəngində davam etdirə bilər.

90deqiqe.Az-ın "Calciomercato"a istinadən məlumatına görə, futbolçu ilə "İnter" maraqlıdır. Bununla belə, “neradzurrilər” 26 yaşlı futbolçuya pul xərcləmək istəmir.

Serie A çempionu gələn il Federikonu yalnız azad agent kimi almağa hazırdır.

Kyeza 2022-ci ilin yayından “Qoca Sinyora”da çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin iyunun sonunda başa çatır. Yarımmüdafiəçinin bazar dəyəri 35 milyon avro qiymətləndirilir.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq