23 oktyabr 2024. Çərşənbə

Bruno Fernandeş PSJ-yə keçməyəcək


  • Transfer
  • 14:52 23.07.2024
  • Oxunma sayı: 71
Bruno Fernandeş PSJ-yə keçməyəcək

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş karyerasını PSJ-də davam etdirməyəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 29 yaşlı futbolçunun fransız nəhənglərinin prioritet transfer hədəfləri arasında olmadığını qeyd edib.

Transfermarkt portalının məlumatına görə, Bruno Fernandeşin dəyəri 70 milyon avrodur və futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Hücum edən yarımmüdafiəçiyə daha əvvəl Səudiyyə Ərəbistanı klubları maraq göstərirdi.







Transfer