- Transfer
- 23:54 22.11.2024
"Atletiko Madrid"in hücumçusu Joao Feliks karyerasını "Aston Villa"da davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O hazırda sövdələşmənin maliyyə nöqteyi-nəzərindən olduqca çətin görünsə də, Mussa Diabinin satışından sonra Birmingem komandası portuqaliyalı hücumçunun transferi üçün hərəkət keçəcəyini qeyd edib.
"Barselona" Felikslə maraqlanmaqda davam edir, lakin hazırda bütün diqqətini Niko Uilyamsı transfer etməyə yönəldib.
Keçən mövsüm Joao Feliks "Barselona"da icarə əsasında çıxış edib və burada bütün turnirlərdə 44 oyun keçirib, on qol vurub və altı məhsuldar ötürmə edib.