- Transfer
- 23:54 22.11.2024
"Napoli"nin yarımmüdafiəçisi Jesper Lindström karyerasını "Everton"da davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O "şirniyyatlar"ın 24 yaşlı futbolçunu 22 milyon avroya birdəfəlik almaq şərti ilə 3 milyon avroya icarə əsasında heyətinə qatdığını və yaxın vaxtlarda rəsmi olaraq açıqlanacağını qeyd edib.
Ötən mövsüm danimarkalı futbolçu "Napoli"nin heyətində 29 matçda iştirak edib və effektli olmayıb. Futbolçunun "Napoli" ilə müqaviləsi 2028-ci ilə qədərdir. Transfermarkt mütəxəssisləri yarımmüdafiəçinin dəyərini 22 milyon avro qiymətləndirir.