- Transfer
- 23:54 22.11.2024
PSJ-nin və Niderland millisinin gənc yarımmüdafiəçisi Xavi Simons karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumatına görə, “qırmızı şeytanlar”ın rəhbərliyi 21 yaşlı futbolçu üçün parislilərə 100 milyon avro ödəməyə hazırdır.
“Mançester Yunayted”dən başqa, “Bavariya” da niderlandlı futbolçunu transfer etmək istəyir.
Ötən mövsüm yarımmüdafiəçi icarə əsasında “RB Leypsiq”də çıxış edib. Xatırladaq ki, Xavi Simons ötən mövsüm Almaniya çempionatında “Leypsiq Bulls”un heyətində 32 oyun keçirib, 8 qol vurub və 11 məhsuldar ötürmə edib.