8 sentyabr 2024. Bazar günü

Sabiq “Real”lı aşağı liqa klubunda


  • Transfer
  • 12:27 24.07.2024
  • Oxunma sayı: 149
Sabiq “Real”lı aşağı liqa klubunda

İspaniyalı yarımmüdafiəçi Xose Kalyexon özünə yeni komanda tapıb.

90deqiqe.Az xəbər verir ki, 37 yaşlı futbolçu İspaniyanın dördüncü divizionunda çıxış edən "Marbelya"ya keçib.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, futbolçu komandaya azad agent kimi qoşulub. Tərəflər arasında əmək müqaviləsi gələn ilin yayında başa çatır.

Xosenin əvvəlki iş yeri İspaniyanın "Qranada" klubu olub. O, həmçinin "Real Madrid", "Napoli" və Kataloniya Espanyolunda çıxışı ilə tanınır. İspaniya millisinin heyətində yarımmüdafiəçi 5 oyun keçirib, qol vurmayıb.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda