- Transfer
- 23:27 04.10.2024
"Atletiko Madrid"in müdafiəçisi Stefan Saviç karyerasını Türkiyə çempionatında davam etdirəcək.
90deqiqe.Az-ın "Todofichajes"ə istinadən məlumatına görə, 33 yaşlı futbolçu bundan sonra "Trabzonspor"un uğurları üçün çalışacaq. Tərəflər 2027-ci ilin ortalarına qədər qüvvədə olacaq uzunmüddətli əmək müqaviləsi imzalayacaqlar.
Monteneqro millisinin üzvünün transfer qiyməti 2,5 milyon avro olaraq qiymətləndirilir. Onun döşəkçilərlə hazırkı müqaviləsi 2025-ci ilin iyunun sonunda başa çatır. İspaniya çempionatının son mövsümündə Stefan 23 matçda iştirak edib. Müdafiəçi beş sarı vərəqə alıb və bir dəfə meydandan qovulub.