- Transfer
- 23:54 22.11.2024
"Barselona" yeni baş məşqçi Hans-Diter Flikin oyunçuya güvənməsinə baxmayaraq, polşalı hücumçu Robert Levandovski ilə yollarını erkən ayıra bilər.
90deqiqe.Az-ın "Todofichajes"ə istinadən məlumatına görə, 35 yaşlı futbolçunun müqaviləsində ona əmək müqaviləsini ləğv etməyə imkan verən bənd var. Bu, Robertin qarşıdakı mövsümdə "Barselona"nın oyunlarının 55%-ni oynamayacağı təqdirdə mümkün olacaq.
Robertin "blaugrana" ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. O, 2022-ci ilin yayından kataloniyalıların heyətində çıxış edir. Ötən mövsüm La Liqada 35 oyun keçirən forvard 19 qol vurub və 8 məhsuldar ötürmə edib.