23 oktyabr 2024. Çərşənbə

“MY” şoka düşdü: Bu qədər pul tələb edərlər?


  • Transfer
  • 13:12 24.07.2024
  • Oxunma sayı: 100
“MY” şoka düşdü: Bu qədər pul tələb edərlər?

"Bavariya" "Mançester Yunayted"ə mərkəz müdafiəçisi Matteys de Liqtin transferi üçün tələblərini bildirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O Münhen klubunun niderlandlı futbolçu üçün 50 milyon avro tələb etdiyini və  “Mançester Yunayted”in bu məbləği dərhal ödəməyə hazır olmadığını qeyd edib. Mankunianlılar "Bavariya" ilə kompromis tapmaq üçün müqaviləyə bonuslar daxil etməyə ümid edirlər.

De Liqtin özü də “Mançester Yunayted”ə keçmək istəyir və klubların transferlə bağlı razılığa gəlməsini gözləyir.

Matteys əvvəllər "Ayaks"da Erik ten Haqın rəhbərliyi altında çıxış edib.







Transfer