- Transfer
- 23:54 22.11.2024
"RB Leipsiq"in və İspaniya millisinin yarımmüdafiəçisi Daniel Olmo karyeraını "Barselona"da davam etdirə bilər.
90deqiqe.Az-ın " Mundo Deportivo"ya istinadən məlumatına görə, Kataloniya təmsilçisnin idman direktoru Deko futbolçunun agentləri ilə əlaqə saxlayıb və altı illik müqavilə təklif edib.
"Barselona"nın futbolçu üçün "Leypsiq"ə 60 milyon ödəməyə hazır olduğu bildirilir.
Xatırladaq ki, Olmo ötən mövsüm klub və milli komandanın heyətində bütün turnirlərdə 32 matçda iştirak edib, 13 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Nüfuzlu “Transfermarkt” internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.