23 oktyabr 2024. Çərşənbə

“Arsenal” “Bolonya” ilə tam razılıq əldə etdi


  • Transfer
  • 21:01 24.07.2024
  • Oxunma sayı: 102
“Arsenal” “Bolonya” ilə tam razılıq əldə etdi

İtaliyalı müdafiəçi Rikkardo Kalafiori karyerasını İngiltərə çempionatında davam etdirəcək.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə,"Arsenal" və "Bolonya" 22 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəliblər. Yaxın vaxtlarda Kalafiori tibbi müayinədən keçəcək və bundan sonra müqavilə imzalanacaq. İtalyan futbolçunun ABŞ-a mövsümöncəsi turne üçün London komandasına qoşulacağı gözlənilir.

Ötən mövsüm Kalafiori İtaliya çempionatında "Bolonya"nın heyətində 30 dəfə meydana çıxıb, iki dəfə rəqib qapısına zərbə endirib, beş dəfə komanda yoldaşlarına assistentlik edib. Transfermarkt gənc italiyalı futbolçunu 45 milyon avro dəyərində qiymətləndirir.







Transfer