23 oktyabr 2024. Çərşənbə

"Barselona" ispan futbolçu transfer etdi


  • Transfer
  • 23:19 24.07.2024
  • Oxunma sayı: 114
"Barselona" ispan futbolçu transfer etdi

Hücumçu Pau Viktor "Jirona"dan ayrılaraq "Barselona" ilə müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb. 

22 yaşlı futbolçu ilə 2029-cu ilin ortalarına qədər müqavilə imzalanıb.

İspaniya mətbuatının yazdığına görə, transfer "Barselona"ya 2,7 milyon avroya başa gəlib və "Jirona" da gələn il baş verərsə, oyunçunun satış məbləğinin 50%-ni, daha sonra isə 30%-ni alacaq.

Ötən mövsüm forvard icarə əsasında "Barselona"da çıxış etsə də, komandada heç vaxt debüt etməyib. "Barça Athletic" (ikinci komanda) üçün 39 matçda 20 qol vurub. 







Transfer