23 oktyabr 2024. Çərşənbə

"Yuventus"dan "Roma"ya


  • Transfer
  • 15:31 25.07.2024
  • Oxunma sayı: 91
"Yuventus"dan "Roma"ya

"Yuventus"un argentinalı yarımmüdafiəçisi Matias Sule başqa İtaliya komandasına keçir.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O "Roma"nın 21 yaşlı futbolçunun transferini tamamladığını və bu keçid üçün bonuslarla birlikdə 30 milyon avro və gələcək satışlardan 10 faiz ödəyəcəyini qeyd edib.

 Futbolçu başqa klubların təkliflərinə baxmayaraq, yalnız İtaliya klubuna keçmək istəyib.

Sule ötən mövsüm "Frozinone" forması ilə 36 oyunda iştirak edib, 11 dəqiq zərbə və üç məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer