- Transfer
- 21:53 26.11.2024
"Yuventus"un hücumçusu Filip Kostiç komandadan ayrıla bilər.
90deqiqe.Az-ın "Corriere Dello Sport"a istinadən məlumatına görə, serbiyalı futbolçu klubun yeni baş məşqçisi Tiaqo Mottanın yeni mövsüm üçün planlarında yer almır.
Kostiçin xidmətində olan klublar da artıq müəyyənləşib - bunlar üç klubdur. Söhbət İngiltərənin “Kristal Palas”, Türkiyənin “Fənərbaxça”, eləcə də Madrid “Atletiko”larından gedir.
Keçmişdə Turin klubunda oynamazdan əvvəl Kostiç "Ayntraxt Frankfurt"da top qovub.