23 oktyabr 2024. Çərşənbə

 "Fənərbağça" yeni transferini açıqlayıb


  • Transfer
  • 16:23 25.07.2024
  • Oxunma sayı: 87
 "Fənərbağça" yeni transferini açıqlayıb

 "Sevilya"nın hücumçusu Yusuf En-Nesirinin "Fənərbağça"ya keçidi rəsmiləşib

90deqiqe.Az xəbər verir ki, İstanbul klubu mərakeşli forvardla 5 illik müqavilə imzalayıb.

 "Fənərbağça" 27 yaşlı futbolçunun transferi üçün Əndəlüs təmsilçisinə on doqquz milyon avro ödəyib.

Ötən mövsüm Yusuf En-Nesiri "Sevilya"nın heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, iyirmi qol vurub və üç məhsuldar ötürmə edib. Hücumçu karyerası ərzində "Malaqa" və "Leqanes"də də çıxış edib. 







Transfer