23 oktyabr 2024. Çərşənbə

"Milan" "Arsenal"ın müdafiəçisini istəyir


  • Transfer
  • 16:35 25.07.2024
  • Oxunma sayı: 95
"Milan" "Arsenal"ın müdafiəçisini istəyir

"Milan" "Arsenal"ın müdafiəçisi Yakub Kivoru transfer etmək istəyir.

90deqiqe.Az-ın “Standard” nəşrinə istinadən məlumatına görə, “rossonerilər” ümid edir ki, “topçular” “Bolonya”dan Rikkardo Kalafiorinin transferini reallaşdırsalar, bu, onları futbolçunu satmağa məcbur edəcək.

"Milan" klubu "Arsenal"ın hazırki transfer vəziyyətini izləyir.

Ötən mövsüm Yakub Kivor "Arsenal"ın heyətində bütün turnirlərdə otuz oyuna çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə edib. Onun "topçular"la müqaviləsi 2028-ci ilin yayına qədərdir və transfer qiyməti otuz milyon avrodur.







Transfer