8 sentyabr 2024. Bazar günü

Səudiyyə Ərəbistanına getmək istəmir


  • Transfer
  • 16:45 25.07.2024
  • Oxunma sayı: 85
Səudiyyə Ərəbistanına getmək istəmir

"Real Madrid"in müdafiəçisi Antonio Rudiqer karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək fikrində deyil.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 31 yaşlı futbolçunun Səudiyyə Ərəbistanının “Əl-İttihad” və “Əl-Nəsr” klublarından çox səxavətli təkliflər almasına baxmayaraq Səudiyyə Ərəbistanına keçməyə həvəsli olmadığı üçün "Real Madrid"də qalmaq istədiyini qeyd edib.

Qeyd edək ki, Los Blankosun rəhbərləri Madrid klubunda toxunulmaz futbolçu sayılan alman oyunçunu satmaq istəmir.

Xatırladaq ki, ötən mövsüm Antonio Rudiger İspaniya çempionatında "Real Madrid"in heyətində 33 görüş keçirib və bu görüşdə 1 qol vurub və 7 sarı vərəqə alıb.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda