23 oktyabr 2024. Çərşənbə

Dovbik uğrunda mübarizəyə daha bir klub qoşulub


  • Transfer
  • 17:12 25.07.2024
  • Oxunma sayı: 105
Dovbik uğrunda mübarizəyə daha bir klub qoşulub

"Vest Hem" "Jirona"nın ukraynalı hücumçusu Artem Dovbiki transfer etmək üçün mübarizəyə qoşulub.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Mateo Moretto "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 27 yaşlı futbolçunun "Atletiko Madrid"ə keçməyə yaxın olduğunu lakin forvard şəxsi müqaviləsinin şərtləri ilə bağlı "matrasçılar" ilə hələ razılaşa bilmədiyini qeyd edib.

“Roma” və indi “Vest Hem” Ukrayna millisinin oyunçusunu transfer etmək üçün yarışa qoşulub. 

Xatırladaq ki, Artem Dovbik ötən mövsüm "Jirona"nın heyətində İspaniya çempionatında 36 oyun keçirib, 24 qol vurub və 8 məhsuldar ötürmə edib. Dovbikin transfer dəyərini 35 milyon avro qiymətləndirilir.







Transfer