23 oktyabr 2024. Çərşənbə

"Barselona"ya zədəlilərdən şad xəbər


  • Transfer
  • 17:42 25.07.2024
  • Oxunma sayı: 103
"Barselona"ya zədəlilərdən şad xəbər

"Barselona"nın müdafiəçiləri Alejandro Balde və Julian Arauxo zədələrini tam sağaldıblar.

90deqiqe.Az xəbər verir ki, bu barədə Kataloniya komandasının mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Balde bud nahiyəsindən zədə aldıqdan sonra yanvar ayından bəri oynamır. Arauxoya gəlincə, o, mövsümün son matçını buraxıb.

İspaniya La Liqasının son turunun nəticələrinə görə, "Barselona" 38 turda 85 xal toplayaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. İspaniya çempionatının yeni mövsümü avqustun 15-də başlayır. İlk tur çərçivəsində Kataloniya klubu səfərdə "Valensiya" ilə qarşılaşacaq (17 avqust). Matçın startı Bakı vaxtı ilə saat 23:30-a təyin edilib.







Transfer