- Transfer
- 21:53 26.11.2024
"Mançester Yunayted"in müdafiəçisi Aaron Van-Bissaka İngiltərənin "Vest Hem" klubuna keçməyəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist David Ornstein "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O 26 yaşlı futbolçunun "Vest Hem"ə keçmək istəməyib və "İnter"i seçdiyini qeyd edib. İddia olunur ki, Milan klubu ingilisin transferi ilə bağlı "Mançester Yunayted"lə razılığa gələ bilməsə, futbolçu 2025-ci ilin yayında azad agent kimi "İnter"ə keçəcək.
Van-Bissaka 2019-cu ildən "qırmızı şeytanlar"da çıxış edir. Ötən mövsüm müdafiəçi bütün turnirlər daxil olmaqla 30 matçda meydana çıxıb və 3 məhsuldar ötürmə edib.