3 iyul 2026. Cümə

Markos Alonso Premyer Liqaya qayıda bilər


  • Transfer
  • 23:58 25.07.2024
  • Oxunma sayı: 196
Markos Alonso Premyer Liqaya qayıda bilər

"Barselona"nın sabiq müdafiəçisi Markos Alonso İngiltərə Premyer Liqasına qayıda bilər.

90deqiqe.Az-ın “ ManUnited News”a istinadən məlumatına görə, müdafiənin sol cinahında möhkəmlətmə axtaran ispaniyalı futbolçunun transferində “Mançester Yunayted” maraqlıdır. "Qırmızı şeytanlar"ın rəhbərliyi artıq 33 yaşlı futbolçu ilə danışıqlara da başlayıb.

"Barselona" ilə müqaviləsi başa çatdığı üçün Alonso azad agent kimi Premyer Liqa klubuna keçə bilər.

Xatırladaq ki, İngiltərədə Markos Alonso artıq "Bolton", "Sanderlend" və "Çelsi"də çıxış edib. Ötən mövsüm müdafiəçi "Barselona"nın heyətində bütün turnirlərdə 8 oyun keçirib, heç bir qol vurmayıb.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır