3 iyul 2026. Cümə

Xames Rodriqes İtaliya nəhənginə keçir


  • Transfer
  • 10:32 26.07.2024
  • Oxunma sayı: 225
Xames Rodriqes İtaliya nəhənginə keçir

Məşhur kolumbiyalı yarımmüdafiəçi Xames Rodriqes karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın “Gazzetta dello Sport”a istinadən məlumatına görə, “San Paulo” ilə müqaviləsini ləğv etməyə hazırlaşan 33 yaşlı futbolçunun xidmətində “Latsio” maraqlıdır. Artıq tərəflər arasında danışıqlar başlayıb.

Qeyd edək ki, Rodriqesin xidmətində "qartallar"dan başqa "Selta" və "Porto" da maraqlıdır. Yarımmüdafiəçinin özü də Avropaya qayıtmaq istəyir. Xames "Real Madrid", "Bavariya" və "Monako" ilə çıxışları sayəsində geniş tanınıb.

Xatırladaq ki, 2024-cü il Amerika Kubokunda turnirin ən yaxşı oyunçusu mükafatını Xames Rodriqes qazanıb. Finalda Kolumbiya Argentinaya 0:1 hesabı ilə uduzub.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır