- Transfer
- 23:54 22.11.2024
"Sportinq"in yarımmüdafiəçisi Morten Culmand karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
90deqiqe.Az-ın “Football Transfers”ə istinadən məlumatına görə, Mançester təmsilçisi 25 yaşlı futbolçunun transferi ilə bağlı “Sportinq”lə razılığa gəlmək üçün danışları davam etdirir.
Danimarkalı futbolçunun özü də İngiltərə nəhəngində oynamağa müsbət yanaşır.
Qeyd edək ki, “qırmızı şeytanlar” əvvəlcə PSJ-dən Manuel Uqarte ilə güclənmək istəsə də, mankunianlılar Paris klubunun futbolçusu üçün 70 milyon avro ödəmək istəmir.
Culmandın transfer dəyərini ekspertlər 40 milyon avro qiymətləndirirlər.
Xatırladaq ki, Morten Culmand ötən mövsüm “Sportinq”in heyətində Portuqaliya liqasında 30 oyun keçirib və bu oyunda 3 qol vurub və iki məhsuldar ötürmə edib.