3 iyul 2026. Cümə

PSJ-ni "Arsenal"a dəyişir


  • Transfer
  • 12:35 26.07.2024
  • Oxunma sayı: 222
PSJ-ni  "Arsenal"a dəyişir

PSJ-nin ispan yarımmüdafiəçisi Fabian Ruiz karyerasını "Arsenal"da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Duncan Castles "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O London klubunun 28 yaşlı futbolçunun mövsüm başa çatdıqdan sonra məcburi alış opsionu ilə icarəyə verilməsi ilə bağlı parislilərlə razılığa gəlməyə çalışdığını qeyd edib. 

Qeyd edək ki, ispan yarımmüdafiəçinin transfer dəyəri mütəxəssislər tərəfindən 35 milyon avro dəyərində qiymətləndirilib.

Xatırladaq ki, Fabian Ruiz ötən mövsüm Paris klubunun tərkibində Fransa çempionatında 21 oyun keçirib. Yarımmüdafiəçi bir qol vurub və üç məhsuldar ötürmə edib. Ruiz İspaniya millisinin tərkibində Avro 2024-ün qalibi olub.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır