- Transfer
- 23:54 22.11.2024
"Bavariya"nın rəhbərləri alman müdafiəçi Conatan Tanın transferi ilə bağlı "Bayer Leverkuzen"lə hələ razılaşa bilməyiblər.
90deqiqe.Az-ın “Bild”ə istinadən məlumatına görə, Münhen klubu 28 alman futbolçu üçün Leverkuzen təmsilçilərinə 25 milyon avro təklif etməyə hazırdır.
“Əczaçılar” müdafiəçisinin satışından ən azı 30 milyon avro qazanmaq istəyir. Klublar arasında danışıqlar hələ də davam edir.
Qeyd edək ki, Tanın özü də "Bavariya"ya keçmək əleyhinə deyil. Xatırladaq ki, Conatan Ta ötən mövsüm “Bayer”in heyətində Almaniya çempionatında 31 oyun keçirib. Müdafiəçi dörd qol vurub və bir məhsuldar ötürmə edib.