18 avqust 2026. Çərşənbə axşamı

İki futbolçumuz Malaqa'nın düşərgəsində


  • Transfer
  • 14:50 01.08.2019
  • Oxunma sayı: 515
İki futbolçumuz Malaqa'nın düşərgəsində

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının iki futbolçusu - Mehrac Baxşəliyev və Gülağa Əsədov İspaniyaya yola düşüblər.

Corner.az xəbər verir ki, “Qəbələ” klubunun futbolçuları AFFA-nın dəstəyilə təşkil olunan səfər çərçivəsində “Malaqa” klubunda bir aylıq təcrübə keçəcəklər. Məlumatı klubun mətbuat xidməti yayıb.

Qeyd edək ki, bir müddət əvvəl İspaniya mətbuatı səviyyəcə ikinci liqada çıxış edən “Malaqa”nın Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Mahir Emreli ilə maraqlandığını yazıb.







Transfer