18 oktyabr 2024. Cümə

İspan futbolçu "Vest Hem" və "Aston Villa"nın hədəfində


  • Transfer
  • 12:03 27.07.2024
  • Oxunma sayı: 105
İspan futbolçu "Vest Hem" və "Aston Villa"nın hədəfində

Bu yay "Barselona"dan ayrılaraq azad agentə olan müdafiəçi Serxi Roberto karyerasını İngiltərənin elit divizionunda yer alan klublardan birində davam etdirə bilər.

90deqiqe.Az-ın “Tribal Football”a istinadən məlumatına görə, 32 yaşlı futbolçunun xidmətində "Vest Hem" və "Aston Villa" klubları maraqlıdır. İspan futbolçunun özü də İngiltərə çempionatında özünü sınamağın tərəfdarıdır.

Qeyd edək ki, "Barselona"nın sabiq futbolçusu ilə "Jirona" və "İnter" də maraqlanır. Xatırladaq ki, Serxi Roberto ötən mövsüm Kataloniya komandasının heyətində İspaniya çempionatında 14 oyun keçirib və bu oyunda 3 qol vurub və iki məhsuldar ötürmə edib.







Transfer

"Real" yeni futbolçu tapıb
  • Transfer
  • 11:05 15.10.2024
"Real" yeni futbolçu tapıb