- Transfer
- 23:27 04.10.2024
"Yuventus"un və İtaliya millisinin hücumçusu Federiko Kyeza karyerasını "Tottenhem"də davam etdirməyə yaxındır.
90deqiqe.Az-ın “Calcionapoli24”ə istinadən məlumatına görə, London klubunun 26 yaşlı italyan futbolçu ilə müqavilə bağlamaq üçün əsas namizəd hesab olunur.
“Tottenhem”dən başqa “Roma” da Kyezanı da almaq üçün mübarizə aparır.
"Yuventus" forvardını 30-35 milyon avroya satmağa hazırdır. Kyeza 2020-ci ildən Turin komandasında çıxış edir.
Xatırladaq ki, ötən mövsüm Federiko Kyeza İtaliya çempionatında “Qoca Sinyora”nın heyətində 33 oyun keçirib, bu oyunda 9 qol vurub və iki məhsuldar ötürmə edib.