- Transfer
- 23:54 22.11.2024
İspaniya millisinin və "Leypsiq"in yarımmüdafiəçisi Dani Olmonun gələcəyi hələ sual altındadır.
90deqiqe.Az-ın “Sky Sport”a istinadən məlumatına görə, yarımmüdafiəçinin xidmətində iki Avropa nəhəngi - "Barselona" və "Mançester Siti" maraqlıdır.
Olmo uğrunda mübarizədə Kataloniya təmsilçisi hazırda favoritdir. "Barselona"nın ilk təklifi rədd edildiyi üçün tərəflər danışıqları davam etdirir. Olmonun hansı klubda karyerasını davam etdirdiyi hələlik bəlli deyil.
Daninin transfer qiyməti 60 milyon avro olaraq qiymətləndirilir. Almaniya Bundesliqasında ötən mövsüm yarımmüdafiəçi 21 oyuna çıxıb. İspan dörd qol vurub və beş məhsuldar ötürmə edib