8 sentyabr 2024. Bazar günü

De Bruyneni kim əvəz edə bilər?


  • Transfer
  • 13:59 27.07.2024
  • Oxunma sayı: 87
De Bruyneni kim əvəz edə bilər?

"Mançester Siti" yarımmüdafiəçisi Kevin De Bruyneyə əvəzləyici tapıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Kristian Falk "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O “şəhərlilər”in gözünün “Bavariya”nın hücumameyilli yarımmüdafiəçisi Camal Musialda olduğunu və belçikalı futbolçunun "Əl İttihad"a keçəcəyi təqdirdə alman oyunçu ilə danışıqlara başlayacağını qeyd edib.

21 yaşlı futbolçunun potensial transferi 130 milyon avro dəyərində qiymətləndirilir. Ötən mövsüm Almaniya Bundesliqasında Musiala 24 matçda iştirak edib, on qol vurub və altı məhsuldar ötürmə edib.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda