8 sentyabr 2024. Bazar günü

Niderlandlı üçün İngiltərənin iki klubu hərəkətə keçdi


  • Transfer
  • 15:52 27.07.2024
  • Oxunma sayı: 104
Niderlandlı üçün İngiltərənin iki klubu hərəkətə keçdi

"Borussiya Dortmund"un hücumçusu Doniell Malen karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az-ın “Caught Offside”ə istinadən məlumatına görə, "Liverpul" və  "Arsenal" klubları 25 yaşlı futbolçunu transfer etmək istəyir.

Mersisayd klubu Maleni Məhəmməd Salahın əvəzləyicisi kimi nəzərdən keçirir. Topçular sadəcə olaraq hücum xəttini gücləndirmək niyyətindədir.

Niderlandlı futbolçunun özü hələlik London klubuna keçməsinə daha çox müsbət yanaşır.

Xatırladaq ki, forvardın transfer dəyərini mütəxəssislər 40 milyon avro qiymətləndirirlər.

Ötən mövsüm Doniell Malen Almaniya çempionatında "Borussiya"nın heyətində 27 oyun keçirib, 13 qol vurub və 1 məhsuldar ötürmə edib.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda