23 oktyabr 2024. Çərşənbə

"Çelsi" Luninin transferindən imtina etdi


  • Transfer
  • 12:40 28.07.2024
  • Oxunma sayı: 83
"Çelsi" Luninin transferindən imtina etdi

"Çelsi" "Real Madrid"in ukraynalı qapıçısı Andrey Lunini transfer etməkdə maraqlı deyil.

90deqiqe.Az-ın “ Mundo Deportivo”ya istinadən məlumatına görə,  London klubunun nümayəndələri  25 yaşlı qolkiperi almaq fikrindən əl çəkiblər. "Zadəganlar" “Vilyarreal”ın qapıçısı Filip Yorgensenin variantına üstünlük verib.

Qeyd edək ki, bundan əvvəl mətbuatda "Arsenal"ın da ukraynalı oyunçunun xidmətində maraqlı olduğu barədə şayiələr yayılmışdı.

Xatırladaq ki, Andrey Lunin ötən mövsüm “kral klubu”nun heyətində İspaniya çempionatında 21 oyun keçirib, bunun 11-də qapısını təmiz saxlaya bilib.

Luninin "Real"la hazırkı müqaviləsi 2025-ci ilin iyununa qədərdir.







Transfer