- Transfer
- 23:50 29.12.2024
"Lester" və "Mançester Siti" ilə Premyer Liqadakı çıxışları ilə tanınan hücumçu Keleçi İheanaço karyerasını "Sevilya"da davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O İspan klubunun hazırda azad agent statusu daşıyan 27 yaşlı futbolçu ilə müqavilə bağlamaq istədiyini və artıq danışıqların başladığını qeyd edib.
Nigeriyalı forvardın son klubu "Lester" olub. Bundan əvvəl İheanaço da bir neçə il “Mançester Siti”də çıxış edib.
Xatırladaq ki, Keleçi İheanaço ötən mövsüm İngiltərənin subelit divizionunda “Lester”in heyətində 23 oyun keçirib və bu oyunda 5 qol vurub və bir məhsuldar ötürmə edib.