23 oktyabr 2024. Çərşənbə

De Xea Seriya A klubuna keçə bilər


  • Transfer
  • 13:50 28.07.2024
  • Oxunma sayı: 80
De Xea Seriya A klubuna keçə bilər

"Mançester Yunayted"dəki çıxışları ilə tanınan təcrübəli qapıçı David de Xea İtaliyada çıxış edə bilər.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, 33 yaşlı qolkiper "Cenoa" ilə danışıqlar aparır. “Qırmızı şeytanlar”ın keçmiş qapıçısı tezliklə İtaliya komandası ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, 2023-cü ilin yayından ispaniyalı oyunçu azad agent kimi komandasız qalıb.

İspan 2011-ci ildən "Mançester Yunayted"də çıxış edir. Qapıçı bundan əvvəl “Atletiko Madrid”də çıxış edib. 2022/2023 mövsümündə David de Xea Mançester klubunun tərkibində İngiltərə çempionatında 38 oyun keçirib, bunun 18-də qapını təmiz saxlaya bilib.







Transfer