23 oktyabr 2024. Çərşənbə

"Barselona"nın hücumçusu "Arsenal"a keçə bilər


  • Transfer
  • 13:56 28.07.2024
  • Oxunma sayı: 94
"Barselona"nın hücumçusu "Arsenal"a keçə bilər

"Barselona"nın hücumçusu Rafinha Diaz yenidən İngiltərə çempionatında çıxış edə bilər.

90deqiqe.Az-ın “The Mirror”a istinadən məlumatına görə, 27 yaşlı forvardın xidmətində "Arsenal" klubu maraqlıdır. "Topçular" braziliyalı futbolçu üçün təxminən 50 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Rafinya 2022-ci ilin yayında "Barselona"ya keçdiyi "Lids"də top qovub.

Bundan əvvəl də mətbuatda Rafinhanın karyerasını Səudiyyə Ərəbistanı klublarından birində davam etdirə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Xatırladaq ki, Rafinha Diaz ötən mövsüm İspaniya çempionatında “mavi qranatlar”ın heyətində 28 oyun keçirib və bu oyunda 6 qol vurub və 9 məhsuldar ötürmə edib.







Transfer