23 oktyabr 2024. Çərşənbə

PSJ portuqaliyalı üçün 100 milyon avro ödəyəcək


  • Transfer
  • 14:06 28.07.2024
  • Oxunma sayı: 84
PSJ portuqaliyalı üçün 100 milyon avro ödəyəcək

"Benfika"nın yarımmüdafiəçisi Joao Neveş karyerasını PSJ-də davam etdirəcək.

90deqiqe.Az-ın “RMC Sport”a istinadən məlumatına görə, tərəflər portuqaliyalı futbolçunun transferi ilə bağlı Lissabon təmsilçisi ilə razılığa gəlib.

Paris klubu 19 yaşlı yarımmüdafiəçi üçün 100 milyon avro ödəyəcək.

Qeyd edək ki, bundan əvvəl mətbuatda PSJ-dən başqa İngiltərənin “Mançester Yunayted”inin də rəhbərliyi Neveşi almaq istəməsi haqda xəbərlər yayılmışdı.

Xatırladaq ki, João Neveş ötən mövsüm "Benfika"nın heyətində Portuqaliya çempionatında 33 oyun keçirib və bu oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.







Transfer