- Transfer
- 23:27 04.10.2024
"Barselona"nın rəhbərləri bu yay transfer pəncərəsində iki İspaniya millisini - Dani Olmo və Niko Uilyamsı transfer etmək üçün yarımmüdafiəçi İlkay Gündoğanı satmağa hazırdır.
90deqiqe.Az-ın “Sport.es”ə istinadən məlumatına görə, Kataloniya klubunun rəhbərliyi "Leypsiq"dən Dani Olmo və Bilbao "Atletik"indən Niko Uilyamsı transfer etməyə vəsait toplamaq üçün 33 yaşlı futbolçunu sataraq qazanc əldə etmək istəyirlər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Qətər klublarının Gündoğanı almaq istəməsi ilə bağlı mətbuatda xəbərlər yayılıb.
Alman futbolçunun özü "Barselona"da qalmağa üstünlük verirdi.
Xatırladaq ki, İlkay Gündoğan ötən mövsüm “blauqrana”nın heyətində İspaniya çempionatında 35 oyun keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.