23 oktyabr 2024. Çərşənbə

"Monako" onu Qətər klubuna satır

malili


  • Transfer
  • 14:54 28.07.2024
  • Oxunma sayı: 79
"Monako" onu Qətər klubuna satır

"Monako"nun yarımmüdafiəçisi Məhəmməd Kamara karyerasını Qətərdə davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O "Əl-Sədd" klubunun 24 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı tam razılığa gəlindiyini və bu keçidin bonuslarla birlikdə 20 milyon avro başa gələcəyi ilə yanaşı futbolçunun gələcək satışından 20 faizi veriləcəyini qeyd edib.

Malili futbolçu ötən mövsüm Knyazlıq təmsilçisində 20 oyunda iştirak edib, bir dəqiq vuruş və iki məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer