23 oktyabr 2024. Çərşənbə

“Roma” “Jirona”nın hücumçusu ilə şəxsi müqaviləsini razılaşdırdı


  • Transfer
  • 15:28 28.07.2024
  • Oxunma sayı: 83
“Roma” “Jirona”nın hücumçusu ilə şəxsi müqaviləsini razılaşdırdı

"Jirona"nın hücumçusu Artem Dovbik İtaliya A Seriyasında çıxış edəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O "Roma"nın 27 yaşlı forvard ilə müqavilənin şərtlərini razılaşdırdığını və hazırda İspaniya klubu ilə danışıqlar apardığını qeyd edib.

Ukraynalı futbolçu “Atletiko”dansa “Roma”ya keçməyi seçdiyi, hətta Madrid klubunun baş məşqçisi Dieqo Simeone ilə telefonla danışmaqdan belə imtina etdiyi bildirilir.

Xatırladaq ki, Artem Dovbik ötən mövsüm "Jirona"nın heyətində İspaniya çempionatında 36 oyun keçirib, 24 qol vurub və 8 məhsuldar ötürmə edib. Dovbikin transfer dəyərini 35 milyon avro qiymətləndirilir.







Transfer