23 oktyabr 2024. Çərşənbə

"Arsenal" Avropa çempionunu transfer etməyə yaxındır


  • Transfer
  • 16:56 28.07.2024
  • Oxunma sayı: 103
"Arsenal" Avropa çempionunu transfer etməyə yaxındır

"Real Sosyedad"ın mərkəzi Mikel Merino karyerasını "Arsenal"da davam etdirməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O London klubunun ispan futbolçu üçün danışıqlarını apardığını və gələn həftə keçidi rəsmiləşdirmək istədiyini qeyd edib. 

28 yaşlı yarımmüdafiəçiyə Transfermarkt 50 milyon avro qiymət qoyub. Futbolçunun müqaviləsinin bir ildən sonra bitəcəyini nəzərə alsaq, "Real Sosyedad" ispaniyalını daha ucuz qiymətə buraxa bilər. Merinos bu yaxınlarda İspaniya millisi ilə Avropa çempionu olub. Son La Liqada yarımmüdafiəçi 32 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer