- Transfer
- 23:54 22.11.2024
"Bayer"in hücumçusu Serdar Azmunun Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi "Şabab Əl-Əhli"yə keçidi rəsmiləşib.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İran millisinin forvardı ilə imzalanan müqavilənin təfərrüatları açıqlanmayıb.
Mətbuatda yayılan məlumata görə, futbolçunun transfer BƏƏ klubuna beş milyon avroya başa gəlib.
Ötən mövsüm Serdar Azmun "Roma"da icarə əsasında çıxış edib. "Roma" klubu üçün hücumçu bütün turnirlərdə 29 oyun keçirib, üç qol vurub və dörd məhsuldar ötürmə edib.