22 dekabr 2025. Bazar ertəsi

Rafinya Ronaldonun klubuna keçə bilər


  • Transfer
  • 21:19 28.07.2024
  • Oxunma sayı: 182
Rafinya Ronaldonun klubuna keçə bilər

"Barselona" klubunun yarımmüdafiəçisi Rafinya karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

90deqiqe.Az-ın “Sport.es”ə istinadən məlumatına görə,  portuqaliyalı hücumçu Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" klubu braziliyalı futbolçunun xidmətində maraqlıdır.

Səudiyyə klubunun rəhbərliyi Rafinya üçün 100 milyon avro təklif etməyə hazırdır.

Xatırladaq ki, yarımmüdafiəçi 2022-ci ilin yayından “mavi qranat”da çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2027-ci ilin iyunun sonunda başa çatır. Transfermarkt portalı futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq