- Transfer
- 23:54 22.11.2024
"İnter"in gənc yarımmüdafiəçisi Lusien Aqumeni karyerasını "Sevilya"da davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O Əndəlüs klubunun nümayəndələri artıq ötən mövsümün ikinci yarısında komandada icarə əsasında çıxış etmiş 22 yaşlı futbolçunun tam alınması ilə bağlı milanlılarla danışıqlara başladığını və "İnter"in rəhbərləri gənc oyunçunun satışından bonuslar nəzərə alınmaqla ən azı 8 milyon avro qazanmaq istədiyini qeyd edib.
Fransalı futbolçunun özü də La Liqa klubunda çıxış etmək istəyir.
Xatırladaq ki, Lüsyen Aqume ötən mövsüm İspaniya çempionatında "Sevilya"nın heyətində 12 oyun keçirib və 3 sarı vərəqə alıb.