- Transfer
- 23:54 22.11.2024
"Mançester Siti"nin yarımmüdafiəçisi Kalvin Fillips karyerasını "Aston Villa" klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın “Football Insider”ə istinadən məlumatına görə, Birmingem komandası “Mançester Siti”nin əsas oyunçusuna çevrilə bilməyən 28 yaşlı futbolçunu bu yay icarəyə götürmək istəyir. Tərəflər arasında artıq danışıqlarda başlanılıb.
Fillips ötən mövsümün ikinci yarısını icarə əsasında “Vest Hem” klubunda keçirib. Ümumilikdə yarımmüdafiəçi “çəkiclilər”in heyətində 20 oyun keçirib və bu oyunda bir qol vurub. Qeyd edək ki, Fillipsin transfer dəyəri hazırda ekspertlər tərəfindən 25 milyon avro dəyərində qiymətləndirilir.
Xatırladaq ki, ötən mövsüm Unai Emerinin rəhbərliyi altında “Aston Villa” Premyer Liqanın turnir cədvəlində dördüncü yeri tutaraq Çempionlar Liqasına düşə bilib.