- Transfer
- 15:17 11.03.2026
Barcelona'nın futbolçusu Malkom “Zenit”lə müqavilə imzalamaq üçün Sankt-Peterburqa yola düşüb.
Corner.az xəbər verir ki, bu haqda jurnalist Yassin Nfaui özünün Tvitter səhifəsində paylaşıb. Onun Rusiya təmsilçisi ilə müqavilə imzalayacağı bildirilib.
Qeyd edək ki, 22 yaşlı futbolçu ötən mövsüm “Barcelona”da 24 oyuna çıxıb, 4 qol vurub və 2 qol ötürməsi edib.