23 oktyabr 2024. Çərşənbə

Kalafiori rəsmən "Arsenal"da


  • Transfer
  • 20:41 29.07.2024
  • Oxunma sayı: 129
Kalafiori rəsmən "Arsenal"da

"Bolonya"nın müdafiəçisi Rikkardo Kalafiorinin  "Arsenal"a keçidi rəsmiləşib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Bu transfer London  klubuna bonuslarla birlikdə 45 milyon avroya başa gəlib.

Ötən mövsüm Kalafiori İtaliya çempionatında "Bolonya"nın heyətində 30 dəfə meydana çıxıb, iki dəfə rəqib qapısına zərbə endirib və beş məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer