23 noyabr 2024. Şənbə

"Tottenhem" onun üçün danışıqlara başladı


  • Transfer
  • 00:00 30.07.2024
  • Oxunma sayı: 110
"Tottenhem" onun üçün danışıqlara başladı

 "Yuventus"un və İtaliya millisinin hücumçusu Federiko Kyeza karyerasını "Tottenhem"də davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O London klubu və futbolçunun agenti arasında artıq danışıqlar başladığını lakin hələlik konkret məlumat olmadığını qeyd edib.

Ötən mövsüm hücumçu bütün turnirlərdə 37 matçda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Ümumilikdə Kyeza meydanda 2512 dəqiqə keçirib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.







Transfer

"Lion"dan A Seriyasına
  • Transfer
  • 22:18 22.11.2024
"Lion"dan A Seriyasına